Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli-mədəni fəallar uşaqlara türk dilində kitablar hədiyyə edib - Meşginşəhrdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli-mədəni fəallar uşaqlara türk dilində kitablar hədiyyə edib - Meşginşəhrdə

Milli-mədəni fəallar uşaqlara türk dilində kitablar hədiyyə edib - Meşginşəhrdə


Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

Məlumata görə, Meşginşəhrdə (Xiyav) yeni dərs ilinin başlaması münasibəti ilə şagirdlərə türk dilində kitablar hədiyyə edilib.

“Hər bir azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniya məktəblərin önündə meşginşəhrli fəallar tərəfindən həyata keçirilib. Bu kampaniya Ərdəbil şəhərində sentyabrın 23-dən başlayaraq günümüzə qədər davam etməkdədir.

Fəallar kitab paylamaqla yanaşı uşaqlar və ətrafdakı digər soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və İranda Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər.

Azərbaycan Milli Hərəkatı fəaliyyəti müddətində mədəni tədbirlərin gücünə inanaraq hər zaman dinc mübarizənin tərəfdarı olub, Güney Azərbaycan şəhərlərində ana dilində təhsillə bağlı həyata keçirilən tədbirlər mədəni mübarizənin bariz nümunəsidir.

Geri dön