Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici işlər nazirinin Nyu-Yorkda bir sıra görüşləri olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanın xarici işlər nazirinin Nyu-Yorkda bir sıra görüşləri olub

Azərbaycanın xarici işlər nazirinin Nyu-Yorkda bir sıra görüşləri olub


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra görüşləri olub.

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litvanın xarici işlər naziri Linas Linkeviçius, Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey, Qrenadanın xarici işlər naziri Piter Devid, Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak, Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela, Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rəbbani və Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Geri dön