Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan şahmatçıları erməniləri məğlub etdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan şahmatçıları erməniləri məğlub etdilər

Azərbaycan şahmatçıları erməniləri məğlub etdilər


Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Yığmamız beşinci turda Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib (1:0). Teymur Rəcəbov isə Qabriel Sargisyandan üstün olub (1:0). Rauf Məmmədov görüşünü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılıb.

Beşinci turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Geri dön