Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” tərəfdarları İran futbolundakı irqçilikdən BMT-yə şikayət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” tərəfdarları İran futbolundakı irqçilikdən BMT-yə şikayət edib

“Traxtur” tərəfdarları İran futbolundakı irqçilikdən BMT-yə şikayət edib


Təbrizin “Traxtur” futbol komandasının tərəfdarları İran futbolunda hökm sürən irqçilikdən Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət ediblər.



İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər etdiyi bir vaxtda, Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti, “Traxtur”un xaricdəki tərəfdarlarının şikayətini BMT nümayəndələrinə çatdırıb.



Bu barədə cəmiyyətin müdiri Dr. Jalə Təbrizi çərşənbə günü Facebook səhifəsində məlumat yayıb.



““Traxtur”un xaric ölkələrdəki tərəfdarlarının 10 səhifədə hazırlanan şikayəti BMT və BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinə təqdim edilib”- deyə məlumatda qeyd olunub.



Şikayət, cəmiyyət tərəfindən İran futbolunda Azərbaycan milləti əleyhinə irqçilik və “Traxtur”a qarşı sözləşmə adı altında hazırlanıb.



Beynəlxalq Futbol Federasiyası (FİFA) ötən il irqçilik mövzusu ilə bağlı raport yayaraq İran futbolunda türklərə qarşı təhqir və irqçiliyin geniş şəkildə yayıldığını elan etmişdir.



İranın Futbol Federasiyası Güney Azərbaycan komandalarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirir. Bu qurum Tehranın “Perspolis” və “İstiqlal” komandalarının oyunlarında Azərbaycan türklərinin planlı şəkildə təhqir edilməsinə qarşı heç bir tədbir görmür, klublar və onların tərəfdarlarını cəzalandırmır. Tehran stadionlarında türklərin ünvanına küçə söyüşlərinin səsləndirilməsi, hətta “heyvan” adlandırılması federeasiya üçün heç bir əhəmiyyət daşımır, əksinə irqçiliyə yol verən klublar hüquq və maliyyə baxımından davamlı olaraq dövlət tərəfindən dəstəklənir.

Geri dön