Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda “Türküstan” beynəlxalq ticarət zonası yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Qazaxıstanda “Türküstan” beynəlxalq ticarət zonası yaradılacaq

Qazaxıstanda “Türküstan” beynəlxalq ticarət zonası yaradılacaq


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Türküstan” beynəlxalq ticarət zonasının yaradılması haqda Sərəncam imzalayıb.

Dövlət başçısı Türküstan vilayət akimliyinə (qubernatorluğu) beynəlxalq ticarət zonasının yaradılması imkanlarını nəzərdən keçirməyi tapşırıb. Nursultan Nazarbayev bu qərarın həm Türküstanın, həm də bütün respublikanın iqtisadiyyatının inkişafına təkan verəcəyini bildirib.

Sərəncama əsasən, həmçinin “Türküstan” beynəlxalq keçid məntəqəsi yaradılacaq.

Dövlət başçısı türk dünyasının mədəni və mənəvi mərkəzi kimi Türküstan şəhərinin inkişafı ilə bağlı baş plan konsepsiyasını da təsdiqləyib.

Qeyd edək ki, 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Qazaxıstanın Türküstan şəhəri seçilib.

İlahə Əhmədova

Geri dön