Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nümayəndə heyəti BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsilə rəsmi görüş keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nümayəndə heyəti BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsilə rəsmi görüş keçirib

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nümayəndə heyəti BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsilə rəsmi görüş keçirib


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) nümayəndə heyəti sentyabr (September) ayının 12-də BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidlə rəsmi görüş keçirib.

Bir saat 30 deqiqə davam edən görüş zamanı Güney Azərbaycanda baş verən son hadisələr, o cümlədən Urmu gölünün İran dövləti tərəfindən məqsədyönlü qurudulması və bunun nəticəsində 14 milyon azərbaycan türkünün yaşadıqları tarixi torpaqlardan deportasiya edilməsi, Azərbaycanın Marağa və Binab şəhəri yaxınlığında tikilən Kavesoda kimyəvi zavodun zəhərləyici mayesinin Urmu gölünə axıdılması, 30 milyondan çox azərbaycanlının Ana dilində təhsil alma hüququndan məhrum edilməsi, Güney Azərbaycanda yaşayan türklərin bütün bu kimi qeyri- insani siyasətə qarşı kütləvi dinc etirazları və etirazlar zamanı bir çox milli fəalın qeyri-qanuni həbsi ilə bağlı dəqiq məlumatlar verilib. Həmçinin, GAMAC-nin sədri prof. Qulamrza Səbri Təbrizinin təşəbbüsü ilə bu günə kimi Güney Azərbaycanda iran rejimi tərəfindən həbs olunmuş milli fəalları haqqında hazırlanmış kitab da Ə.Şəhidə təqdim edilib.

Bundan başqa Güney Azərbaycanın müxtəlif problemləri ilə bağlı 100 səhifəlik sənəd təqdim olunub. GAMAC Ə. Şəhiddən xahiş edib ki, onun İrana səfəri baş tutarsa bu məsələlər nəzərə alınsın və İran hökümətindən Azərbaycanlıların pozulmuş hüquqlarının təmin olunmasını tələb etsin. Əhməd Şəhid bütün verilən faktların əhəmiyyətini nəzərə alaraq bu məsələlərə ciddi yanaşılacağı bildirilib. Sentyabr ayının 19-23 - də Cenevrədə yerləşən BMT-nin İnsan Haqları Şurasında GAMAC nümayəndələrinin bir sıra görüş və tədbirləri keçiriləcək.

Geri dön