Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ŞAİR, TƏDQİQATÇI-JURNALİST TOFİQ HÜSEYNOV
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > ŞAİR, TƏDQİQATÇI-JURNALİST TOFİQ HÜSEYNOV

ŞAİR, TƏDQİQATÇI-JURNALİST TOFİQ HÜSEYNOV


Qərbi Azərbaycan Göyçə mahalının qüdrətli və dərin elmi biliyi ilə tanınmış qələm sahibi Tofiq Hüseynzadənin III cilidlik kitabını əldə etdim. Bu kitablardan çox məntiqi tarixi yanaşmalar, elmi dəlillər üzrə məlumatlar öyrəndim. Tofik müəllim Miskin Abdal şəcərəsinin mərkəz xətti ilə gələn nəsil davamçısıdır.
QISA BİOQRAFİK ARAYIŞ:
Tofiq Məhəmməd oğlu Hüseynzadə 1946-cı ildə Göyçə mahalnın Sarıyaqub kəndində dünyaya göz açmışdır. O, ali təhsilli pedaqoq olmaqla və müəllim ixtisası üzrə işləməklə beş yüzdən çox təbli, estetik dəyərli şeirlər, poemalar yazmışdır. Tofiq müəllim nəzm sahəsindən əlavə nəsr sahəsində də səmərəli fəaliyyət göstərmişdin, onun hekayə və oçerkləri də vardır. Tofiq müəllim 1979-cu ildən Basarkeçər rayon qəzetində (“Vardenis” qəzeti) ədəbi işçi işləmişdir. 1982-ci ildən Kommunist Partiyasının üzvü qəbul olunmuş və qəzetin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə Tofiq Hüseynzadə SSRİ Jurnalistlər Birliyinə üzv qəbul olunmuşdur.
1988-ci ildən sonra (məlum qaçqınlıq hadisəsi) Bakı şəhəri 143 saylı orta məktəbdə müəllim işləməklə jurnalist fəaliyyətini davam etdirmişdir: “Yeni Azərbaycan”,”Millət”, “Haqq yolu” və digər qəzetlərdə elmi-siyasi-tarixi məqalələrli dərc olunmşdur. Milli Elmlər Akademiyasının Folklor institutunda Göyçə folklorunun toplanması və araşdırılması istiqamətində ciddi elmi-tədqiqat işləri aparmışdır.
İstedadlı şair, yüksək elmi təfəkkürə, idrak səviyyəsinə qalxan ziyalı, Azərbaycan dövlətçilik tarixinə dəyərli elmi-tarixi töhfələr bəxş edən alim Tofiq Hüseynzadə 2003-cü ildə ömrünün ən məhsuldar mərhələsində- 60 yaşında vəfat etmiş, əbədiyyata qovuşmuşdur.
Tofiq müəllimin Səfəvi dövlətinin qurucularından biri olan filosof şair, dahi mütəffəkir Miskin Abdalla (Hüseyn) bağlı araşdırması ilə mənin araşdırmam çox yaxın missiyadan çıxış edir. Mən də araşdırmalarda əsrlər boyu dil-ağızda dolanan rəvayətlər eşitmişəm, yazılı mənbələr oxumuşam. Bu araşdırmalara cavan yaşlarımdan başlamışdım. Mənim “davam.az” saytında III yazımda Miskin Abdal (Hüseyn)nin Səfəvi tarixində adı çəkilən Heüseyn bəy Lələ olması qənaətim səbəbsiz deyil. Əvvala, Hüseyin bəy Lələ haqqında salnamələrdə dağınıq məlumatlar var: onun “ustaclı”, “şamlı”və s. kimi təqdim olunması da dolaşıqlıq yaradır. Digər bir tərəfdən, Hüseyn Lələ bəy Miskin Abdal (Hüseyn) olmayaraq real tarixi şəxs olsa belə, Şeyx Heydər ailəsinin taleyini adi bir cəngavər-müridə etibar etməzdi. Burada təkzıbolunmaz bir fakt özünü büruzə verir ki, ancaq Şeyx Heydərin dostu və əqidə yoldaşı Miskin Abdal(Hüseyn) ailənin ən etibarlı müdafiəçisi ola bilərdi. 1488-ci ildə Şeyx Heydər Şirvan döyüşündə həlak olduqdan sonra 53 yaşlı sufi mürşidi Miskin Abdal(Hüseyn) ailəni İstixər qalasında həbsdən azad etmək üçün diplomatik vasitələrə əl atmışdır. Bu işi adi bir cəngavər mühafizəçi yox, ancaq müdrik sufi alim, şair, nüfuzlu insan- Miskin Abdal(Hüseyn) kimi şəxsiyyət görə bilərdi, bu onun beyninin məhsuludur və belə də olmuşdur. Bir ehtimal da var ki, Miskin Abdalın döğma adı Hüseyn olması və Hüseyn bəy Lələnin adı ilə eyniniliyindən hadisələr aidiyyatı üzrə iki şəxs adları arasında cərəyan etməsinə səbəb ola bilər.
Tarixi mənbələr salnamələr və bədii əsərlər formasında müasir dövrümüzə çatan informasiya vasitələridir. Bu informasiyalar iki istinad: göz ilə görünən müşahidə və hadisəni eşidilən kimi təsvir etməkdən ibarətdir. Bu səbəbdən də tarixə məntiqlə yanaşmaq daha doğrudur. Hər yazılan, hər deyilən mütləq kimi qəbul edilməsi yanılışlıqdır.
Tofiq müəllimin Miskin Abdal (Hüseyn) ilə bağlı araşdırmalarını oxuduqdan sonra mən bütünlülə onun təqdim etdiyi elmi-tarixi dəlillər ilə tam razılaşdım. Bu səbəbdən də gələcək yaxın zamanda nəşr olunacaq kitaba düzəlişlər edib Tofiq müəllimin təqdim etdiyi müddəaları əsas götürdüm: “1493-cü ildə Miskin Abdalın (Hüseyn) 63 yaşı, Şah İsmayılın isə (1487) 6 yaşı var idi. Şeyx Heydər hələ sağlığında ona ən sədaqətli dostu Miskin Abdala(Hüseyn) uşaqlarının təlim-tərbiyə və mühafizə işlərini etibar etmişdi. 1488-ci ildə Şeyx Heydər həlak olan zaman İsmayıl bir yaşı vardı. Şah İsmayıl Gilanda bir-iki ay gizlədildikdən sonra Miskin Abdalın tədbiri üzrə tezliklə Göyçə mahalına aparılır və Ağdamar (Ağ manqan) adasındakı qalada gizlədilir. Miskin Abdal (Hüseyn) tərəfindən tərbiyə olunur, qorxmaz bir sərkərdə və həssas düşüncəli ziyalı kimi yetişdirilir. “
Bu yazıda Tofiq müəllim haqqında qısa məlumat verməklə əsasən Miskin Abdal (Hüseyn) haqqında gəldiyim son qənaəti bildirmək istədim. Tofiq müəllim haqqında gələcək yazılarda geniş məlumatlar veriləcək... onun əziz xatirəsi üzrə bir şeiri ilə yazını tamamlamaq qərarına gəldim:

SƏNİN KİMİ

Dolanıb batır Günəş,
Üfüqdə yatır Günəş,
Sevgilim, sənin kimi
Qaşını çatır Günəş.

Gözləyirəm nə vaxtdan,
Gecə sallandı taxtdan,
Sevgilim, bax o dağdan
Sən tək boy atır Günəş.

Tutur göyün üzünü,
Deyirəm, yar, düzünü:
Gərdəninə zülfünü
Sənin tək atır Günəş.


Niftalı Göyçəli

Geri dön