Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan diaspor təşkilatlarının ABŞ-da reallaşdıracağı layihələrlə bağlı müzakirələr aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Azərbaycan diaspor təşkilatlarının ABŞ-da reallaşdıracağı layihələrlə bağlı müzakirələr aparılıb

Azərbaycan diaspor təşkilatlarının ABŞ-da reallaşdıracağı layihələrlə bağlı müzakirələr aparılıb


Azərbaycanda keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıya dəvət olunan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental, “Mənim Yolum” İnkişaf Mərkəzinin prezidenti Elina Xanukova və AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet saytı və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyevin, aparat rəhbəri Daşqın Rəcəblinin və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.

Geri dön