Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyanın qərbində Santa Klausların sammiti keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaponiyanın qərbində Santa Klausların sammiti keçirilib

Yaponiyanın qərbində Santa Klausların sammiti keçirilib


Yaponiyanın qərbində yerləşən Saqa prefekturasında dünyanın hər yerindən gəlmiş Santa Klausların sammiti keçirilib.

NHK telekanalı xəbər verir ki, gündəliyin əsas məsələsi yeni il hədiyyələrinin çatdırılması vərdişlərinin təkmilləşdirilməsi olub.

“Santa Saga Summit 2018”də Qrenlandiya Beynəlxalq Santa Klauslar Assosiasiyasının 10-dan artıq nümayəndəsi iştirak edib. Onlar Ureşino şəhərində yerləşən və yapon ninzalarına həsr olunan turizm obyektinə baş çəkiblər. Burada ninzaların səs salmadan evə girmək vərdişləri ilə tanış olublar. Lakin iştirakçıların ölçüləri çox böyük olduğuna görə, onlar gizli qapının arxasına yerləşməyiblər.

Danimarkadan gələn Santa Klaus bildirib ki, onlar ninzalar kimi cəld hərəkət edə bilmirlər, güman ki, bu, əsas məsələ deyil. Ona görə ki, onlar adətən hədiyyələri tələsmədən paylamağa vərdiş ediblər.

Vüqar Ağayev

Geri dön