Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Odina Əliyeva: Dünya çempionatında sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Odina Əliyeva: Dünya çempionatında sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq

Odina Əliyeva: Dünya çempionatında sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq


Bugünkü oyunda qalib gəlməyə çalışsaq da, çoxlu səhvə yol verdik. Dünya çempionatında sabah keçirəcəyimiz sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq.

Bu fikri Türkiyə yığması ilə oyunu şərh edən Azərbaycan millisinin kapitanı Odina Əliyeva söyləyib.

Azərbaycan komandasının baş məşqçisinin köməkçisi Famil Ağayev də Türkiyə yığmasının çox yaxşı oyun göstərdiyini deyib: “Fikrimcə, biz də yaxşı oynadıq. Xüsusən birinci və üçüncü setləri qeyd etmək istərdim. Lakin qızlarımız çoxlu səhvə yol verdilər. Sabahkı oyuna daha yaxşı hazırlaşmalıyıq. Çünki bu, dünya çempionatında bizim sonuncu oyunumuz olacaq”.

Xatırladaq ki, oktyabrın 10-da Türkiyə komandası ilə qarşılaşan millimiz gərgin mübarizə nəticəsində 3:1 hesabı ilə məğlub olub.

Oktyabrın 11-də komandamız son oyunu Bolqarıstan millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 5:40-da başlayacaq.

Vüqar Ağayev

Geri dön