Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kiçik yaşlı məktəblidən böyük uğur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Kiçik yaşlı məktəblidən böyük uğur

Kiçik yaşlı məktəblidən böyük uğur


Paytaxt məktəblisi idmanın kikboksinq növü üzrə Bakıda keçirilən beynəlxalq festivalda I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, bu qurumun tabeliyindəki 81 nömrəli tam orta məktəbin I sinif şagirdi Cavid Muradov 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qızıl medal və sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Ümumilikdə səkkiz yarışda iştirak edən istedadlı idmançı hər dəfə I yeri tutub.

Geri dön