Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub


Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, aşıq poeziyasının tanınmış siması Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub. Deyişməni “Aşıq Pəri Məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq sənətinin tədqiqatçısı Mahmud Əyyubluya Dəmirçi Süleymanın nəvəsi Qalib İsmayılov təqdim edib.

Tədqiqatçı Mahmud Əyyublu bildirib ki, aşığın külliyyatında yer almayan bu deyişmə yenidir. Azərbaycan xalq dastanlarının mahir ifaçısı Aşıq Şəmşirin əldə olunan deyişməsi Dəmirçi Süleymanladır. Deyişmə olduqca maraq kəsb edir. Əldə edilən yeni deyişmə geniş həcmli məqalə ilə tədqiqatçılar tərəfindən ictimaiyyətə təqdim olunacaq.

Geri dön