Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə qadın idman klubuna silahlı hücum olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə qadın idman klubuna silahlı hücum olub

Təbrizdə qadın idman klubuna silahlı hücum olub


Təbrizdə oktyabrın 9-u yerli vaxtla saat 18 radələrində qadın idman klubuna silahlı hücum olub.

Məlumata görə, silahla kluba daxil olan naməlum kişi qadınları təhdid edərək onların pul və qiymətli əşyalarını oğurlayıb.

Şahidlərdən birinin “Nasr news” xəbər agentliyinə verdiyi məlumata görə, hücumu törədən gənc kluba daxil olunca, hər kəs şoka düşüb. O təxminən yarım saat qışqıraraq klubdakı qadınları atəş açmaqla təhdid edib və bu müddətdə əlinə keçəni götürüb. Polisə zəng edənin vurulacağını deyən gənc qara geyinib, onun üzü görünüb və heç bir maska taxmayıb.

Xəbər agentliyinə danışan qadın əlavə edib ki, gənc kişi hamıdan üzlərini divara çevirsini tələb edib. O qadınların pul və qızıllarını almaq istəyib və nə qədər pul varsa aparıb. Silahlı hücumçu polisə zəng etməyə çalışan qızın qızıllarını da götürüb.

Xoşbəxtlikdən hadisə zamanı kimsəyə xəsarət dəyməyib.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Son vaxtlar Güney Azərbaycan şəhərlərində oğurluq, silahlı hücum və qətl hadisələri artıb. Bununla yanaşı intihar, depressiya və boşanma hallarının artdığı da müşahidə olunur. Ekspertlər bütün bunbları ölkədə ictimai və fərdi azadlıqların məhdud olması və son vaxtlar iqtisadi vəziyyətin gərginləşməsi ilə əlaqələndirir.

N.S

Geri dön