Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəzvinin Ərdalan kəndi məktəblilərinin əlavə problemi- farsdilli müəllimlər... (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəzvinin Ərdalan kəndi məktəblilərinin əlavə problemi- farsdilli müəllimlər... (video)

Qəzvinin Ərdalan kəndi məktəblilərinin əlavə problemi- farsdilli müəllimlər... (video)


Qəzvin Əyaləti fars şovinizminin xüsusi mədəni təzyiqləri ilə üzləşən Azərbaycan bölgələrindən biri kimi, təhsil sahəsində də bir çox problem yaşamaqdadır.

Son məlumata görə, Qəzvin Əyalətində yerləşən Avəc şəhərinin Ərdalan kəndində məktəblərə farsdilli müəllimlər göndərilib.

Şagirdlərin yeni dərs ilində dilini bilməyən müəllimlərlə üzləşməsi onlarla yanaşı valdeyinlərini də narahat edib. Türk uşaqlarının birinci sinifdə fars dilində dərs oxuması şagirdlər üçün hər zaman çətinlik yaradıb, lakin müəllimin də farsdilli olması əlavə problemə səbəb olur.

Şagirdlərin valdeyinləri bildirilir ki, məktəblərdə şagirdlə müəllimin fərqli dillərdə danışdığı bir təhsil sistemi var, bu sistem şagirdlər üçün ciddi problem yaradır və təhsil səviyyəsini aşağı salır.

Bu barədə ərdalanlılardan biri bildirib ki, Avəcin Təhsil Şöbəsinə dəfələrlə müracit edərək müəllimlərin türkdilli müəllimlərlə dəyişdirilməsini istədim. Lakin Təhsil Şöbəsdində bizim tələbimizə məhəl qoyan yoxdur.

İranda 12 il əvvəl keçirilən əhali sayımına görə Ərdalan kəndinin 2189 nəfər (524 ailə) əhalisi olub. Kənd əhalisinin sayı 2016-cı ildə təbii artım hesabına təxminən 3000 nəfərə çatıb. Lakin məlum səbəblərə görə rəsmi rəqəmlərdə kəndin əhalisi təxminən 2400 nəfər göstərilir.

İran əhalisinin təxminən 40 faizini türklər təşkil edir. Buna baxmayaraq ölkədə təkdilli təhsil sistemi mövcuddur. Türk dilində təhsil almaq bir yana, hətta bu dil dərslik kimi də tədrisdə olunmur. Bu, həm də ölkənin konstitusiyasının 15-ci maddəsinə ziddir. 15-ci maddəyə görə fars dili ilə yanaşı, yerli dillərin məktəblərdə tədris olunması sərbəstdir.

Geri dön