Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək

Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək


Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasına qatılmaq üçün Yunanıstana səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, QDİƏT PM-in növbəti iclası oktyabrın 16-19-da Yunanıstanın Kavala şəhərində keçiriləcək.

İclasda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Eyni zamanda, E.Quliyevin adıçəkilən komitənin iclasında çıxışı gözlənilir.

Geri dön