Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin klubunda saxta çempionlar yoxdur - Təkzib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin klubunda saxta çempionlar yoxdur - Təkzib

Fərəc Quliyevin klubunda saxta çempionlar yoxdur - Təkzib


Davam.az Unikal.org-un TƏKZİBİNİ təqdim edir:


Fərəc Quliyevin rəhbəri olduğu "Bozqurd Fight Club” İdman Klubunun ölkəyə saxta çempionlar gətirməsi ilə bağlı verilmiş xəbərdə yanlışlığa yol verilib.

Belə ki, klub ötən il Tiflis şəhərindən free-fighting üzrə dünya çempionatından yox, Qarışıq Döyüş Növləri üzrə Dünya kubokundan 5 qızıl 1 gümüş medalla qayıdıblar. Bu barədə sosial şəbəkədəki səhifələrin birindəki paylaşımda da səhv qeyd edilib.

"Bozqurd Fight Club”un direktoru Süleyman Əliyev isə öz "facebook” hesabındakı paylaşımda Tiflisdə keçirilən dünya kubokundan gəldiyini və 6 medal qazandıqlarını yazıb.

Məsələ ilə bağlı S.Əliyev Unikal.org-a açılamasında klubun şəhid ailələrinin üzvlərindən və bəzi maddi durumu yaxşı olmayan idmançılardan ödəniş almadığını vurğulayıb: "Biz Riqada keçirilən Qarışıq Döyüş növü üzrə reytinqli yarışda iştirak etmişdik. Orada bizim idmançılar qalib oldu və Dünya kubokuna lisenziya qazandı. Gürcüstanda keçirilən Dünya Kubokuna getməyə vəsaitimiz yox idi. Fərəc bəy bizim klubun fəxri prezidentidir. Onda xahiş etdik, o da şəxsi vəsaitindən ayıraraq bizi yarışa göndərdi. Yarışı keçirilən Dünya Qarışıq Döyüş Növləri Federasiyasıdır. Yarışa Azərbaycan Free-Fighting klubu dəvət edilmişdi. Biz də həmin klubun təşkilatçılığı və üzvləri ilə birlikdə getmişdik. Bizdən başqa "Kombat” idman klubu da getmişdi. Yarışa 13 nəfərlə qatılmışdıq. Onlardan 5 nəfəri birinci, 1- isə 2-ci yerin sahibi olub. Həmin yarışdan gələn kimi, Fərəc Quliyev bizi qəbul etdi. Medalalları və mükafatlarınızı təqdim etdik. Bildirdik ki, bizə etimad göstərdiz, biz də sizin üzünüzü ağ etdik. Bizim qələbəmiz səhifəmizdə də, onların saytında da dünya çempionatı kimi yox, dünya kuboku kimi qeyd edilib.

Həmin xəbərə görə, həm Fərəc Quliyevin imici, ad-sanı, həm də bizim klubun adı ilə bağlı narahat olduq. Ona görə istədik ki, bu məsələyə aydınlıq gətirək. Bizdə saxta çempionlar yoxdur, vətənə, millətə layiqli əsgər, cəngavər, bozqurd yetişdiririk. Biz bu yolda şərəflə adımlayırıq. Biz əvvəllər adi zal şəkilində fəliyyət göstərirdik. Bizdə xeyli sayda istedadlı idmançılar, yeniyetmələr tolanmışdı. Bundan sonra qərara aldıq klub olmağa qərar verdik. Bizim ərazinin də deputatı Fərəc bəydir. Qəbulunda olduq, öz nailiyyətlərimizidən, prespektivli idmançılarımızıdan danışdıq və ondan dəstək istədik. Sağ olsun o da öz köməkliyini göstərdi. İcra başçısına, Suraxanı Gənclər və İdman İdarəsinə lazımı xahişi etdi. Həmin gündən etibarən onun bizim üzərimizdə həm maddi, həm mənəvi dəstəyi əskik olmur. Biz şəhid və qazi ailələrinin üzvlərinə ödənişsiz xidmət göstəririk. Həmçinin yarışlarda nəticə göstərən hər bir uşaq ora pulsuz gəlir. 70 faiz idmançılarımız bizim klubda ödənişsiz məşq edir. Biz həmişə pul üçün yox nəticə üçün çalışmışıq. Bunların hər biri də Fərəc Quliyevin idealarıdır”.

unikal.org

Fərəc Quliyevin klubunda saxta çempionlar yoxdur - Təkzib

Fərəc Quliyevin klubunda saxta çempionlar yoxdur - Təkzib


Geri dön