Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bolqarıstan və Rumıniya Şenqen məkanına daxil olmaq üçün birgə səyləri davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bolqarıstan və Rumıniya Şenqen məkanına daxil olmaq üçün birgə səyləri davam etdirir

Bolqarıstan və Rumıniya Şenqen məkanına daxil olmaq üçün birgə səyləri davam etdirir


Bolqarıstan və Rumıniya Şenqen məkanına daxil olmaq üçün birgə səyləri davam etmək niyyətindədir.

Bu məsələ Bolqarıstan parlamentində Rumıniya və Bolqarıstanın xarici işlər komissiyalarının sədri Dorel Keprarın və Tsvetan Tsvetanovun görüşündə müzakirə edilib.

T.Tsvetanov görüşdə bildirib ki, hər iki ölkə Şenqen məkanına daxil olmaq üçün bütün meyarları yerinə yetirib, amma buna baxmayaraq ədalətsizliklə üzləşərək məkana qəbul edilmir. Sədr iki ölkənin bir-birinə dəstək verməsinin vacibliyini və bu istiqamətdə daha güclü birliyin nümayiş olduğunu diqqətə çatdırıb.

Dorel Keprar da həmkarı ilə tam razı olduğunu bildirib. O iki ölkənin tam hazır olduğunu və Avropa İttifaqı qarşısında götürdükləri öhdəlikləri bundan sonra da yerinə yetirəcəklərini söyləyib. Rumıniya rəsmisi iki ölkə arasında təhlükəsizlik, sərhədlərin qorunması üzrə əməkdaşlığın inkişafını xüsusi vurğulayıb.

İqbal Hacıyev

Geri dön