Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində...

Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində...


İran dövlətinin rəsmi xəbər agentliklərindən biri Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağını dərc edib.

Bayraq İranın İdman və Gənclər Nazirliyinə bağlı olan “Borna” agentliyinin Xəzər dənizində İran gəmisinin heyət üzvlərinin Azərbaycan sərhədçiləri tərəfindən xilas edildiyi ilə bağlı yayılan xəbərində əks olunub.

Bayrağın xəbərin şəkil hissəsində dərc olunduğu görünür.

Təəccüb doğuran odur ki, görüntü “Flag_of_South_Azerbaijan” (Güney Azərbaycan bayrağı) adı ilə saxlanılıb.

İran saytlarında oxşar hadisələrə bundan əvvəl də rast gəlinib. Rəsmi xəbər agentlikləri yaydıqları xəbərlərdə dəfələrlə Azərbaycan Respublikasının bayrağının yerinə Güney Azərbaycan Milli Hərəkatının bayrağından istifadə ediblər.

Azərbaycan sərhədçiləri ötən cümə günü Xəzər dənizində İran gəmisinin heyət üzvlərini xilas edib. Kütləvi zəhərlənmə baş verən “Nazmehr” gəmisinin heyət üzvlərindən 3-ü həkim briqadası gələnə qədər həlak olub, lakin 7 nəfər xilasedicilər tərəfindən xəstəxanaya çatdırılaraq ölümdən qurtarılıb.
Güney Azərbaycan Milli Hərəkatının bayrağı İranın dövlət xəbər agentliyində...

Geri dön