Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ''Mənim iki köynəyim var: Biri bayramlıq, o biri edamlıq'' - Turqut Özalı kimlər və niyə öldürdü?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > ''Mənim iki köynəyim var: Biri bayramlıq, o biri edamlıq'' - Turqut Özalı kimlər və niyə öldürdü?

''Mənim iki köynəyim var: Biri bayramlıq, o biri edamlıq'' - Turqut Özalı kimlər və niyə öldürdü?


Xəlil Turqut Özal (13 oktyabr 1927-17 aprel 1993) - Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993).

Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır.

Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat etmişdir. Özalın dəfn mərasiminə Türkiyənin dörd bir yanından yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya endirilmişdir. Dövrün Amerika Birləşmiş Ştatları Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə olaraq dəfn mərasimində iştirak etməmişdir. Vəsiyyətinə əsasən, keçmiş baş nazir Adnan Menderesin də qəbrinin yerləşdiyi Topqapıda dəfn edilmişdir. Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə edilir. Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsinin ABŞ-da yoxlatdırdığını bildirir. 2 oktyabr 2012-ci il tarixində Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri 19 ildən sonra açılmış və ölümünün bir sui-qəsd olub olmadığının müəyyən edilməsi üçün aparılan araşdırmalar nəticəsində bədəndə zəhərin tapıldığı, lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olmadığı bildirilmişdir.

Enter.News ATV kanalının məşhur siyasi şərhçisi Bəxtiyar Fətullayevin Turqut Özalın ölümü ilə bağlı hazırladığı materialı oxuculara təqdim edir:

VİDEO

Geri dön