Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan rəqslərinin dünyada təbliği önəmlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycan rəqslərinin dünyada təbliği önəmlidir

Azərbaycan rəqslərinin dünyada təbliği önəmlidir


Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Riqada keçirilmiş “Hər şey Latviya üçün” adlı rəqs müsabiqəsinin finalçıları olan “Çinar” qrupunun üzvləri ilə görüşüb.

Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova ilə keçirilən görüşdə səfir balaca rəqqasələri 600 qrup arasında fərqlənərək finala çıxmaları münasibətilə təbrik edib.

Latviyanın müstəqilliyinin 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələrinin milli rəqsləri arasında Azərbaycanın da “Sarı gəlin” və “Qaval” rəqslərinin olmasını qürurverici hal adlandıran səfir bu tədbirin ölkəmizin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada, o cümlədən Latviyada tanıdılması vacibdir, milli rəqslər də dəyərlərimizin daşıyıcılarından hesab olunur. Azərbaycan rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan rəqsini demək olar ki, dünyanın hər yerində sevirlər. Çünki onun bənzəri yoxdur. Biz rəqslərimizi dünyanın hər yerində təbliğ etməliyik.

Görüşdə iştirak edən valideynlər göstərilən diqqətə görə təşəkkür ediblər.

Latviyada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdikləri müsabiqə üçüncü dəfə keçirilib. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarının gücləndirilməsidir. Builki tədbir Riqa Şəhər Meriyası tərəfindən Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə keçirilib.

Geri dön