Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərargah: Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım müşahidə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qərargah: Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım müşahidə olunub

Qərargah: Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım müşahidə olunub


Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Geri dön