Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cüdoçularımız Əbu-Dabidə “Böyük dəbilqə” turnirində üç medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Cüdoçularımız Əbu-Dabidə “Böyük dəbilqə” turnirində üç medal qazanıblar

Cüdoçularımız Əbu-Dabidə “Böyük dəbilqə” turnirində üç medal qazanıblar


Oktyabrın 29-da Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azərbaycan millisi turniri 1 gümüş və 2 bürünc medalla başa vurub.

Reytinq xarakterli turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıevə, Rusiya təmsilçisi Ashad Kostoevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.

Millimizin üzvləri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) nüfuzlu turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə 64 ölkədən 400-dək cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Geri dön