Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival təşkil edilib

Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival təşkil edilib


Daşkənddəki Mirzə Uluqbəy adına parkda “Xalqların adət-ənənələri” adlı festival keçirilib.

Tədbirdə paytaxtda yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələri və milli mətbəxlərini nümayiş etdiriblər.

Festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva Azərbaycan xalqının zəngin milli mədəni iris, adət-ənənələri, incəsənəti, son beş ildə təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, AMM-nin təşəbbüsü ilə Azərbaycanın tanınmış ədiblərinin özbək dilinə tərcümə olunmuş əsərləri ilə bağlı məlumat verib və gələcək planlardan danışıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, “Qardaşlıq” qrupunun solisti Yusif Əliyev isə muğam və xalq mahnılarımızı ifa edib.

Bundan əlavə tədbirə gələnlər plov və şirniyyatlarımıza qonaq olublar.

Qulu Kəngərli

Geri dön