Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib

Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib


Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib.

“Türküstan: yeni informasiya məkanı” adlı forumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tatarıstandan media rəhbərləri və nümayəndələri iştirak ediblər.

Forumun məqsədi türkdilli ölkələr arasında informasiya sahəsində əməkdaşlıq imkanları, jurnalistikada yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparmaqdır.

Forum çərçivəsində "Media Türküstan" beynəlxalq media mərkəzinin açılışı olub.

Məlumat verilib ki, media mərkəzində Azərbaycan, türk, özbək, qırğız və rus dillərində xəbərlər yayımlanacaq. Burada Türkiyənin “TRT”, Tatarıstanın “Tatar info”, Qazaxıstanın “Kazinform”, Azərbaycanın “İTV” telekanalı, Qırğızıstanın “Khabar” agentlikləri arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Geri dön