Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib

Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib


Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib.

Emmanuel Makron bunu “Europe 1” radiostansiyasının efirində deyib. “Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır”, - deyə o bildirib.

Fransa prezidenti hazırda virtual məkanda Avropanın daxili demokratik proseslərinə çox sayda müdaxilə cəhdlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunmalıdır.

Avropalı siyasətçilər mütəmadi olaraq Aİ-nin vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bir qədər öncə büdcə məsələləri üzrə Avropa komissarı Hünter Ettinger “Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqdan məsul olan ordu” barədə arzularını dilə gətirmişdi.

Geri dön