Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Herta” ilə qarşılaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Herta” ilə qarşılaşıb

UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Herta” ilə qarşılaşıb


Noyabrın 7-də “Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

“Qırmızı-qaralar” ikinci mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Qəbələlilərin heyətində yeganə qolun müəllifi Əli Sadiqov olub. O, matçın 88-ci dəqiqəsində adını tabloya yazdırıb.

Komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırmışdı – 1:1, 3:1.

Geri dön