Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan Əyalətində yalnız 6 min dəsr otağı ölkə standartına uyğundur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan Əyalətində yalnız 6 min dəsr otağı ölkə standartına uyğundur

Qərbi Azərbaycan Əyalətində yalnız 6 min dəsr otağı ölkə standartına uyğundur


Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi təmsil etdiyi əyalətdə dərs otaqlarının əksəriyyətinin ölkə standartına uyğun olmadığını bildirib.

“İsna” xəbər agentliyinin noyabrın 6-da İ.Məhəmmədiyə istinadən yaydığı məlumata görə, Qərbi Azərbaycan Əyalətində təhsil ocaqlarında hər şagirdə düşən sahə təxminən 4 kvadrat metrdir, əyalətin ölkənin orta hesabına çatmaq üçün 5 min dərs otağına ehtiyacı var.

Təhsil Şöbəsinin rəisi bildirib ki, əyalətdə 24 min 800 dərs otağı var. Onlardan yalnız 6 mini ölkə standartına uyğundur, təxminən 18 min dərs otağında isə təcili olaraq təmir və sökülərək yenidənqurma işləri aparılmalıdır.

İ.Məhəmmədi bundan əvvəl “Mehr” xəbər agentliyinə bildirmişdir ki, Qərbi Azərbaycanda 697 təhlükəli və köhnə məktəb var, onlardan 419-ü kaneks (dəmirdən düzəldilmiş dərs otaqları” və 278-i palçıqdan tikilmiş otaqlardır. Şagirdlər belə məktəblərdə təhsil alır.

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

Geri dön