Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilə Trinidad və Tobaqo arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan ilə Trinidad və Tobaqo arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb

Azərbaycan ilə Trinidad və Tobaqo arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb


Azərbaycan Respublikasının iqamətgahı Brazilia şəhərində olan Trinidad və Tobaqo Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin parlamentinin Senatorlar Palatasının prezidenti xanım Kristin Kanqalo ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən bildiriblər ki, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq üçün mövcud potensialdan söhbət açıb. Diplomat, həmçinin müasir dövrdə parlament diplomatiyasının əhəmiyyətindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Xanım Kristin Kanqalo ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə səylərin artırılması barədə razılığa gəliblər.

Elxan Poluxov Trinidad və Tobaqo Respublikası parlamentinin Senatında xatirə kitabını imzalayıb.

Geri dön