Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər > Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur


Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 137 il ötür. Azərbaycanın ilk mətbu orqanı - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

2010-cu ildə Azərbaycan milli mətbuatının 135 illik yubileyi bütün ölkədə qeyd olunub.

DAVAM.AZ xalqımızı Milli Mətbuat Günü münasibətilə təbrik edir!

Geri dön