Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb

Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb


Qırğızıstanın Din İşləri üzrə Komitəsinin təşəbbüsü ilə Bişkekdə keçirilən “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb.

Tədbirdə dünyanın 20 ölkəsindən dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər, ekspertlər iştirak ediblər.

Ölkəmizi bu konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aydın Əlizadə təmsil ediblər.

Konfransın açılışında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış edib.

Səyavuş Heydərov konfransdakı çıxışında Azərbaycanın ekstremizmlə mübarizədəki müsbət təcrübəsindən danışıb və ölkəmizin Qırğızıstanla bu istiqamətdə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu bildirib. O deyib ki, dini ekstremizmə qarşı şüarlarla mübarizə aparmaq olmaz, ideologiyaya yalnız ideologiya ilə qalib gəlmək mümkündür.

Konfransda dini təhsil modeli və təcrübəsi, kütləvi informasiya vasitələri və internetdə din məsələlərinin işıqlandırılması, yaşadığımız cəmiyyətdə dindar qadınların rolu, müasir multikultural cəmiyyətdə gənclərin yeri və rolu və digər mövzularda məruzələr dinlənilib.

Geri dön