Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bakcell”in rəhbəri: 5 ildən sonra MMS və SMS ləğv olunacaq (ÖZƏL)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Bakcell”in rəhbəri: 5 ildən sonra MMS və SMS ləğv olunacaq (ÖZƏL)

“Bakcell”in rəhbəri: 5 ildən sonra MMS və SMS ləğv olunacaq (ÖZƏL)


Gələcəkdə insanlar telefonla daha az danışacaq.

Bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers müsahibəsində deyib.

N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir:
“Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır”.

N.Bekers onu da əlavə edib ki, qısa mesajla bağlı bəzi telekommunikasiya xidmətləri aktuallığını da itirməkdədir:

“Bu gün abunəçilər SMS xidmətindən daha az istifadə edirlər. Bu tam normal prosesdir və texnoloji inkişafla bağlıdır. Bu gün istifadəçilər messencerlərdən, videoxidmətlərdən istifadə edir. Biz MMS xidmətindən dərhal imtina etməyəcəyik. Amma mənim proqnozlarıma əsasən, yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv olunacaq”.

Geri dön