Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib

İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib


İstanbulda Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin tikintisinin yekunlaşması ilə əlaqədar mərasim keçirilir.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edir. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil etdiyi mərasimə müxtəlif ölkələrdən rəhbər şəxslər də qatılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib ki, ildə 31,5 milyard kubmetr təbii qazı nəql etmək gücündə olan boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Qoşa xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. 2019-cu ildə Rusiya qazının Türkiyəyə nəqli planlaşdırılır. Boru kəməri Türkiyədə 15 milyon insanın təbii qaza olan tələbatını ödəyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, “Türk axını” nəinki Türkiyənin, eləcə də region üçün əhəmiyyətli layihədir: “Rusiya Türkiyənin mühüm enerji tərəfdaşıdır. Türkiyə 1987-ci ildən indiyədək Rusiyadan 387 milyard kubmetr təbii qaz alıb. Hazırda İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində təbii qaz qəbulu terminalının inşası davam edir”.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, bu gün “Türk axını”nın mühüm hissəsi tamamlanıb. Qoşa xətt üzrə Qara dənizdən keçməklə 1800 kilometrdən çox boru kəməri döşənib. Layihə beynəlxalq standartlara uyğun icra edilir və ətraf mühitə təsiri minimumdur: “Hazırda Rusiya qazı “Mavi axın” boru kəməri ilə Türkiyəyə nəql edilir. “Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”.


Geri dön