Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir

Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir


1 yanvar 2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə daha bir dəyişiklik nəzərdə tutulub.
Məcəllədə "Fiziki şəxslərin gəlir vergisi" fəslinə ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, işçinin aylıq əmək haqqı 2500 manata qədər olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli qədər güzəşt edilir. Prezident tərəfindən təsdiqlənən 2018-ci il üzrə yaşayış minimumun məbləği 173 manat təşkil edir.

Vergi Məcəlləsindəki yeni dəyişikliyə əsasən, "ölkə üzrə yaşayış minimumunun 1 misli" sözləri "200 manat" sözləri ilə, “ölkə üzrə yaşayış minimumunun 12 misli” sözləri 2400 manat” sözlərilə əvəz edilir.

Hazırda əmək haqqının 173 manata qədər olan hissəsi gəlir vergisindən azaddır, yeni dəyişikliyə əsasən isə əmək haqqının 200 manatadək hissəsi gəlir vergisindən azad edilir.

1 yanvar 2019-cu ildən etibarən əmək haqqı üzrə bu güzəşt sırf dövlət təşkilatlarına və neft-qaz sahəsində fəaliyyəti olan müəssisələrə aid ediləcək. Digər müəssisələr üzrə işçinin əmək haqqının 8000 manata qədər hissəsi 7 il müddətində gəlir vergisindən azad edilib.

Geri dön