Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb


Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi “Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak edib və təşkilatın fəaliyyəti ilə tanış olub. Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər. Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi “İrsimizə atəş açmayın” filminin nümayişində iştirak ediblər. Bruklin şəhər meriyasının binasında nümayiş olunan film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak ediblər.

Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak ediblər. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə təqdim edilib.

Dövlət Komitəsinin nümayəndə heyətinin çox sayda soydaşımızın yaşadığı Bruklin şəhərinin meri Erik Adamsla da görüşü olub. Şəhər meriyasında keçirilən görüşdə Erik Adams Bruklində yaşayan azərbaycanlılar və ölkəmizlə bağlı fikirlərini bölüşüb, soydaşlarımızın Amerikada fəal həyat sürdüyünü qeyd edib.

Komitə sədri Fuad Muradov ölkəmiz və diaspor təşkilatları haqqında fikirlərini bölüşüb. O, şəhər merini Azərbaycana səfərə dəvət edib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Geri dön