Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Mühəndislik Universitetinin tələbələri fövqəladə hallara hazırlıqla bağlı məlumatlandırılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bakı Mühəndislik Universitetinin tələbələri fövqəladə hallara hazırlıqla bağlı məlumatlandırılıblar

Bakı Mühəndislik Universitetinin tələbələri fövqəladə hallara hazırlıqla bağlı məlumatlandırılıblar


Bakı Mühəndislik Universitetində (BMU) “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzindədir” adlı maarifləndirmə tədbiri keçirilib.

Universitetin prorektoru Yavər Məmmədov mövzunun aktuallığından və Fövqəladə Hallar Nazirliyinin (FHN) bu sahədəki rolundan danışıb. Bildirilib ki, BMU-da bu sahəyə xüsusi diqqət yetirilir, bütün binalar lazımi avadanlıqlarla təmin edilib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin nümayəndəsi Emin Ramazanov və Mərkəzin əməkdaşları tədbir iştirakçılarına fövqəladə halların növləri, təbii fəlakətlər və fövqəladə hallara necə hazır olmalı kimi mövzularda məlumat veriblər.

Tədbirdə mövzu barədə videoçarxlar izlənilib, tələbələrin sualları cavablandırılıb.

Geri dön