Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə “Təsnim Nuş” istehsal müəssisəsi fəaliyyətini dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə “Təsnim Nuş” istehsal müəssisəsi fəaliyyətini dayandırıb

Ərdəbildə “Təsnim Nuş” istehsal müəssisəsi fəaliyyətini dayandırıb


Güney Azərbaycanın Ərdəbil şəhərində sərinləşdirici içkilər istehsal edən “Təsnim Nuş” müəssisəsi fəaliyyətini dayandırıb.

Müəssisə ölkədə hökm sürən iqtisadi tənəzzül və xammalın təmini ilə əlaqədar noyabrın 21-də bağlanıb.
Fabrikin bağlanması ilə onlarla işçi iş yerini itirib.

Ərdəbil Əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi Hamid Ameli “Gənc Jurnalistlər Klub”unun müxbiri ilə danışıqda istehsal müəssisəsinin bağlanmasını rəsmən təsdiqləyib.

“Təsnim Nuş” müəssisəsinin son aylarda işçilərin əmək haqlarını ödəmədiyi də bildirilir. Müəssisə bundan əvvəl işçiləri məcburi olaraq bir aylıq məzuniyyətə göndərmişdir.

“Təsnim Nuş” istehsal müəssisəsi 10 il əvvəl təsis edilib, bu müəssisə meyvə suyu, təbii və mineral sular və s. kimi sərinləşdirici içkilər istehsal edirdi.

Ötən həftə isə Güney Azərbaycanın ən böyük təkər istehsalçısı olan Ərdəbil Artavil Lastik Fabriki maliyyə problemləri ilə əlaqədar fəaliyyətini danyandırıb, bunun nəticəsində fabrikin 2000 işçisi işsiz qalıb.

Geri dön