Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Məhkəmə qərarı yoxdursa, mülkə toxunmaq olmaz”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Məhkəmə qərarı yoxdursa, mülkə toxunmaq olmaz”

Fərəc Quliyev: “Məhkəmə qərarı yoxdursa, mülkə toxunmaq olmaz”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, bir şəxs haqqında məhkəmə hökmü olmadan qərar verilə bilməz: “Hər bir işdən çıxan şəxs haqqında məhkəmə qərarı yoxdursa, hər hansı bir cinayət hallarına yol verməyibsə, onun mülkünə toxunmaq olmaz. Bir müddət öncə təklif etmişdim ki, korrupsiyaya qurşanmış məmurlar haqqında ölçü götürülüb, cinayət işi qaldırılıb, o vəsaitlər geri qaytarılmalıdır. Milli Məclisdəki son çıxışımda da bildirdim ki, büdcəyə daxil olmalar bölümü hissəsində bir xüsusi qrafa ayrılsın ki, oğurlanmış, talanmış, korrupsiya ilə əldə olunmuş vəsaitlər geri qaytarılırsa, büdcəyə daxil olmalıdır. Həmin vəsaitlər də problemli kreditlərin ödənilməsi, təqaüdlərin və maaşların artırılması ilə bağlı istifadə olunmalıdır. Bir zamanlar cinayətə yol vermiş, korrupsiyaya bulaşmış şəxslərin mülkləri var idi, Bakıda həmin mülkləri sökürdülər. O dönəmdə də təklif etmişdim ki, bu mülkləri söküb dağıtmaq lazım deyil, onları hərraca çıxarıb xaricilərə satmaq, yaxud milliləşdirmək lazımdır. İndiki halda bir məmur işdən çıxarılır, bunun üçün əmlakının müsadirəsi doğru olmaz. Araşdırma aparılmalı, məhkəmə olmalıdır. Əgər sübut olunsa ki, bu əmlak qanunsuzdur, o zaman dövlətin xeyrinə müsadirə olunmalıdır”.

Geri dön