Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Kuba arasında turizm əlaqələri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azərbaycan və Kuba arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Kuba arasında turizm əlaqələri müzakirə olunub


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo arasında görüş keçirilib.

Görüşdə cənab Portuondo iki ölkə arasında dost münasibətlərin vacibliyini vurğulayıb və turizm sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib. Hər ilin may ayında Havanada böyük sərgi-yarmarka təşkil olunduğunu bildirən səfir Fuad Nağıyevi 2019-cu ildə keçiriləcək tədbirə dəvət edib.

Öz növbəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səfir Alfredo Nieves Portuondonu 2019-cu ilin aprel ayında Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə (AİTF) sərgisinə dəvət edib. Fuad Nağıyev AİTF sərgisində Kubanın turizm sənayesi nümayəndələrinin iştirakı və stendin ayrılması üçün müvafiq köməklik göstərilə biləcəyini qeyd edib.

Səfir əvvəlki illərdə də Kubanın AİTF sərgisində təmsil olunduğunu qeyd edərək növbəti sərgidə iştirak etməkdə maraqlı olduqlarını bildirib və dəstək üçün təşəkkür edib.

Görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində görüləcək işlər və əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Geri dön