Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gənclərinin birgə konserti olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gənclərinin birgə konserti olub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gənclərinin birgə konserti olub


“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində hər iki ölkənin yaradıcı gənclərinin Beynəlxalq Muğam Mərkəzində birgə konserti keçirilib.

Tədbirdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Belarusun Təhsil Nazirliyinin əməkdaşları və hər iki ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İki ölkənin istedadlı gənclərinin konserti böyük maraqla qarşılanıb.

Konsert Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Belarus Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019-cu illər üçün birgə tədbirlər planına əsasən təşkil olunan “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində reallaşıb. “Azərbaycanda Belarus gəncləri günləri”nin keçirilməsində məqsəd iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir.

Tədbir çərçivəsində Belarus və Azərbaycan gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Azərbaycan və Belarus gənclər siyasəti sahəsində inkişafı və əməkdaşlığı perspektivləri” mövzusunda “dəyirmi masa” təşkil olunub, gənclər üçün ustad dərsləri keçirilib, konsertlər və tarixi məkanlara ekskursiyalar reallaşdırılıb.

Geri dön