Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb


Rusiyaya məxsus “Yandex.ru” axtarış sistemində Azərbaycan Respublikası ilə bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

Komitədən bildiriblər ki, bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən tövsiyələr verilib.

Məsələ ilə əlaqədar “Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan Respublikası haqqında dezinformasiya proqramdan çıxarılıb.

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdi. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.

Geri dön