Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə, Borçalı > Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib


Ən çox ziyan İmereti, Meqreliya-Yuxarı Svaneti regionlarına dəyib.

Gürcüstanın fövqəladə halların idarəetmə xidmətinin məlumatına görə, İmereti bölgəsində qasırğa 60 evin damını uçurub, mərkəzi küçə və prospektlərdə 25 ağacı aşıraraq yolları bağlayıb, 5 avtomobil ağacların altında qalıb.

Meqreliya-Yuxarı Svaneti bölgəsində də vəziyyət acınacaqlıdır. Bölgədə evlərin damı uçub, yaşayış massivlərinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Ümumiyyətlə qəzalarla bağlı bu bölgədən fövqəladə hallar xidmətinə 210 müraciət daxil olub.

Xətayi Əzizov

Geri dön