Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran polisi 2 tondan çox narkotik maddə müsadirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > İran polisi 2 tondan çox narkotik maddə müsadirə edib

İran polisi 2 tondan çox narkotik maddə müsadirə edib


İran polisinin narkotik maddələrlə mübarizə idarəsinin ötən həftə ərzində keçirdiyi əməliyyat nəticəsində 2 tondan çox narkotik maddə müsadirə olunub.

AZƏRTAC polis generalı Əsədulla Hadinejata istinadla xəbər verir ki, İranın müxtəlif bölgələrində keçirilən xüsusi əməliyyatın nəticəsi olaraq 2 ton 676 kiloqram müxtəlif növ narkotik maddə müsadirə olunub. Onun sözlərinə görə, müsadirə olunan narkotik maddələrin çox hissəsini tiryək təşkil edir.

General bildirib ki, müsadirə olunan narkotik maddələr arasında 1 ton 333 kiloqram tiryək, 841 kiloqram həşiş, 512 kiloqram heroin, 384 kiloqram morfin və digər maddələr var. Narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar İran ərazisini tranzit kimi istifadə edərək narkotikləri Avropaya daşımağa çalışırlar. Əməliyyat zamanı həbs olunanlar da var və hazırda istintaq aparılır.

İran iqtisadiyyatı inkişaf dövrünü yaşamasa da, hökumət narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizəyə xüsusi diqqət yetirir. Bu məqsədlə büdcədən 700 milyon dollar vəsait xərclənib. Buna baxmayaraq, Əfqanistan ilə 900 kilometr sərhədə malik olar İran narkotik maddələrin qaçaqmalçılığının qarşısını tamamilə ala bilmir. Bu günə kimi qaçaqmalçılarla mübarizədə 4 mindən çox polis əməkdaşı və sərhəd xidmətçisi şəhid olub. İran hökuməti kömək üçün Avropa dövlətlərinə və Avropa İttifaqına dəfələrlə müraciət etsə də, müsbət cavab almayıb.

Rabil Kətanov

Geri dön