Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan demək olar ki, Gürcüstan xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > “Azərbaycan demək olar ki, Gürcüstan xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilir”

“Azərbaycan demək olar ki, Gürcüstan xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilir”


Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu gün Vaşinqtonda növbəti ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu keçirilməsini şərh edərkən bildirib:

“Bu görüş bir daha Azərbaycanın öz təhlükəsizliyini hansı təhlükəsizlik sisteminə bağlamaq istədiyinin göstəricisidir və bu, çox doğru addımdır. Çünki Azərbaycan demək olar ki, Gürcüstan xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilir. Bu, həm də bir daha Azərbaycanın neytrallara qoşulmasının yanlış qərar olduğunun göstəricisidir. Azərbaycan öz təhlükəsizliyin alternativi olmayanı AvroAtlantik məkana-NATO sisteminə bağlamalıdır. Yalnız bu güc yaxın müddət üçün Azərbaycanın müstəqilliyinin qarantı ola bilər.
Ona görə də Azərbaycan üçün bəzi prioritetlərin, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu görüş ABŞ-ın regiondakı geosiyasi, Qərbin enerji təhlükəsizliyi və Xəzər hövzəsinə nəzarət və digər hərbi maraqlarına baxımından əhəmiyyət daşıyır”,-deyə politoloq vurğulayıb.

Elnur Eltürk

Geri dön