Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyanın xarici işlər naziri Bakıya səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiyanın xarici işlər naziri Bakıya səfər edəcək

Rusiyanın xarici işlər naziri Bakıya səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə Rusiya XİN-də keçirilən brifinqdə nazirliyin rəsmisi Mariya Zaxarova məlumat verib.

“Tədbirdə Azərbaycanın bu strukturda yarım illik sədrliyi dövrünə yekun vurulacaq. İqtisadi əməkdaşlıq üzrə regional gündəliyə daxil olan məsələlərin geniş dairəsi müzakirə olunacaq. Rusiya qarşıdakı tədbirdən gündəlikdəki əməkdaşlıq məsələlərinin həllində irəliləyişə nail olmaq üçün istifadə edəcək”, - deyə M.Zaxarova vurğulayıb.

Geri dön