Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Türk dünyası-Turan > Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub


Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin gənclər və idman nazirlərinin üçüncü görüşü keçirilib.

Görüşdə Türk Şurasının baş katibi Bağdat Amreyev, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qazaxıstanın ictimai inkişaf naziri Darxan Kaletayev, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Qırğızıstanın gənclər və idman işləri agentliyinin direktoru Kanat Amankulov, Qazaxıstanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri iştirak ediblər.

İclasda Türk Şurası Gənclər Platformasının fəaliyyətini tənzimləyən sənədlərin layihələri, türk gənc liderlərinin forumu, İstanbulda növbəti Köçəri İdman Oyunlarının keçirilməsi, beynəlxalq gənclər düşərgələrinin, türk universiadalarının, Türk Şurasına üzv ölkələrin gənclər və idman nazirlərinin növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.

İsmayıl İsmayılov tədbirdə çıxış edərək Türk Şurasının 2009-cu ildə Naxçıvanda keçirilən toplantısında Gənc Liderlər Forumunun təşkilinin qərara alındığını və ilk foruma məhz Naxçıvanın ev sahibliyi etdiyini bildirib. O, forumun türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün mühüm fürsət olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, Forumun məqsədi türkdilli dövlətlər arasında gənclər siyasəti sahəsində əməkdaşlığı genişləndirməkdir. Türk Şurasının ilk gənclər festivalı Gəncədə, bu il isə Bişkekdə keçirilib. Azərbaycanın türkdilli ölkələr və xalqlar arasında əməkdaşlığın inkişafına mühüm töhfələrindən danışan İ.İsmayılov Türk Şurası çərçivəsində bir çox qərarların məhz ölkəmizdə keçirilən toplantılarda qəbul olunduğunu deyib.

Tədbirdə Türk Şurası Gənclər Platformasının siyahısının təsdiq edilməsi, bu tədbirin aprel-may aylarında Türküstan şəhərində keçirilməsi qərara alınıb. Qeyd edilib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu ilin bu ölkədə “Gənclər İli” elan olunması haqqında sərəncam imzalayıb. Qazaxıstan gələn il beynəlxalq gənclər düşərgələrinə, 2020-ci ildə isə türk universiadasına ev sahibliyi edəcək. Universiadanın iki ildən bir ardıcıllıqla üzv ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Toplantıda Türk Şurasının üçüncü gənclər festivalının Türkiyədə keçirilməsi qərara alınıb. Həmçinin 2019-cu ildə Türk Şurası Gənclər Platforması Baş Assambleyasının iclasının Azərbaycanda, quruma üzv ölkələrin gənclər və idman nazirlərinin dördüncü toplantısının isə Qırğızıstanda keçirilməsi qərarlaşdırılıb.

Görüşdə nəzərdə tutulan layihələrə Özbəkistanın və Türkmənistanın da cəlb edilməsi barədə razılıq əldə olunub.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının son illərdəki fəaliyyətinə dair film nümayiş etdirilib.

Geri dön