Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin deputatı AŞPA komitəsinin məruzəçisi seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclisin deputatı AŞPA komitəsinin məruzəçisi seçilib

Milli Məclisin deputatı AŞPA komitəsinin məruzəçisi seçilib


Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

İclasda komitənin 2019-cu il üçün fəaliyyət proqramı və prioritetləri müzakirə olunub, komitə sədrinin hesabatı dinlənilib. Həmçinin miqrasiya böhranının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və onun bu ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, “Brexit”in miqrasiya məsələlərinə təsiri, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması məsələləri müzakirə edilib.

İclasda Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirib.

Komitə iclasında yeni məruzəçilərin səsverməsi keçirilib.

"Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusunda məruzəçi seçilməsi üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın və portuqaliyalı parlamentarinin namizədliyi irəli sürülüb. Milli Məclisin deputatı S.Qafarova səs çoxluğu ilə “Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac” mövzusu üzrə məruzəçi seçilib.

Geri dön