Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran parlamentinin 18 deputatı istefa verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran parlamentinin 18 deputatı istefa verib

İran parlamentinin 18 deputatı istefa verib


İran parlamentinin 18 deputatı İsfahandakı su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz olaraq istefa verib.

Bu barədə İsfahan şəhəri yaxınlığındakı Firidunşəhrdən millət vəkili seçilmiş Əkbər Türki məlumat verib.

O, istefa verən deputatların hamısının İsfahanı təmsil etdiklərini söyləyib.

İsfahanın digər deputatı Nasir Musəvi Lərgani də Prezident Həsən Ruhaninin su təchizatı məsələsinin həll olunacağı barədə həmyerlilərinə verdiyi vədə əməl etmədiyini və Zəyəndəh çayının qurumasına qarşı heç bir tədbir görülmədiyini vurğulayıb.

Geri dön