Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İki güləşçimiz dünya reytinqində liderdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > İki güləşçimiz dünya reytinqində liderdir

İki güləşçimiz dünya reytinqində liderdir


Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.

Dünya və Avropa çempionatları, “Qran-pri” turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən, tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir. Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (87 kq).

M.Stadnikin 111, Abbasovun isə 89 xalı var. Cəbrayıl Həsənov (79 kq), Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq) ikinci pillədə qərarlaşıblar. Ümumilikdə ilk onluqda 16, ilk iyirmilikdə isə 29 güləşçimiz yer alıb.

Geri dön