Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Qırğızıstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub

Qırğızıstan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşməsi məsələləri müzakirə olunub


Türkiyə Böyük Millət Məclisinin (BMM) sədri Binəli Yıldırım Qırğızıstanda səfərdədir.

Səfər çərçivəsində Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev Binəli Yıldırımla görüşüb.

Baş nazir BMM-nin sədrini salamlayaraq bildirib ki, bu gün Türkiyə şirkətləri Qırğızıstanda bütün sahələrdə uğurla fəaliyyət göstərirlər.

Birgə layihələrin həyata keçirilməsində Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) xüsusi rolunu vurğulayan Baş nazir bu səfərin qardaş ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacağını bildirib.

Tərəflər ölkələr arasında ticarət-iqtisadi, səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bildirilib ki, bu ilin doqquz ayında ölkələr arasında əmtəə mübadiləsi keçən ilin müvafiq dövrünə nisbətən 25 faiz artaraq 277 milyon dollar təşkil edib.

Binəli Yıldırım qeyd edib ki, hər iki ölkənin dövlət başçıları bu il bir neçə dəfə görüşüb, parlament sədrləri bir-biri ilə daim əlaqə saxlayır, hökumətlər arasında da əməkdaşlıq davam edir. Bu da iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişafından xəbər verir.

BMM-nin sədri Baş naziri üçüncü Dünya Köçəri Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edib, 2020-ci ildə dördüncü Dünya Köçəri Oyunlarının Türkiyədə də yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib.

Geri dön