Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan paytaxtında silahlı insident olub, yaralanan var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Azərbaycan paytaxtında silahlı insident olub, yaralanan var

Azərbaycan paytaxtında silahlı insident olub, yaralanan var


Bakının mərkəzində silahlı insident olub.
Bu barədə Səbail Rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə rayonun Faiq Ömər Nemanzadə küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, 1980-ci il təvəllüdlü Elnur Əhməd oğlu Həşimov naməlum şəxs tərəfindən güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geri dön